“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | 1news.az | Xəbərlər
İqtisadiyyat

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

12:23 - 27 / 09 / 2016
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ” İnvestisiya Şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avro/Dollar məzənnəsi bir neçə dəfə 1.11$-a kimi ucuzlaşsa da, ABŞ iqtisadiyyatı ilə bağlı mənfi xəbərlərin açıqlanması fonunda cütlük üzrə qiymətin 1.12$-a kimi bahalaşması müşahidə olunur. Lakin qiymətin texniki mənzərəsi ilə tanış olduqda məzənnənin cari həftə ərzində yenidən 1.11$ və 1.10$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, bu həftənin cümə günü Bakı vaxtı ilə saat 13:00-da Avropanın inflyasiya və işsizlik səviyyələri ilə bağlı məlumatlar açıqlanacaq.

GBP

Dünya maliyyə bazarlarında Böyük Britaniya funt sterlinqi qiymətinin keçən həftə ərzində 1.2914$-a kimi ucuzlaşmasından sonra yenidən 1.3135$ və 1.3272$-a kimi bahalaşa biləcəyi gözlənilir. Bu həftənin cümə günü GBP/USD cütlüyünün məzənnəsinə də təsir edə biləcək məlumatlar yayımlanacaq. Belə ki, Bakı vaxtı ilə saat 12:30-da Böyük Britaniyanın 2-ci rüb üzrə iqtisadi inkişaf səviyyəsinin yekun hesablanması açıqlanacaq.

TRY

USD/TRY valyuta cütlüyünün məzənnəsi keçən həftə ərzində 2.93 TL-ə kimi ucuzlaşıb. Lakin bazarlar üçün ən önəmli hadisə 2.91 TL-nin aşağı istiqamətdə qırılmasıdır. Çünki ondan sonra qiymətin ucuzlaşması 2.81 TL-ə kimi sürətlənə bilər. Bu baş vermədiyi təqdirdə məzənnənin yenidən 3.00 TL və 3.03 TL-ə kimi dalğalanması ehtimal edilir.

OIL

Enerji bazarlarında Avropanın “Brent” markalı neftinin bir barel qiymətinin 47$ ətrafında korreksiyası davam etməkdədir. Qiymətin korreksiyası bitdikdən sonra yenidən 50$ və 53$-a kimi bahalaşa biləcəyi gözlənilir.

GOLD

Qızılın dünya əmtəə bazarlarında qiyməti isə son üç həftədir 1302$-ı (41.9$/qram) aşağı istiqamətdə qıra bilmir. “InvestAZ” analitikləri qızılın bir unsiya üzrə qiymətin 1302$-a kimi ucuzlaşdıqdan sonra əlavə olaraq 1280$-a (41.0$/qram) kimi ucuzlaşa biləcəyini proqnozlaşdırırlar.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə ünvanlaya bilərsiniz.

“İnvest-AZ” İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_____________________________________________________________________________

Risk bildirişi:

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ” İnvestisiya Şirkəti QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Paylaş:
944

Son xəbərlər

Bütün xəbərlər