Əbülfəs Qarayev: Azərbaycana gələn ərəb turistlərin sayı 8 dəfə artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev: Azərbaycana gələn ərəb turistlərin sayı 8 dəfə artıb

12:33 - 27 / 09 / 2016
Əbülfəs Qarayev: Azərbaycana gələn ərəb turistlərin sayı 8 dəfə artıb

Bakıda turizm işçilərinin peşə bayramı münasibəti ilə mətbuat konfransı keçirilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev peşə bayramının təsis olunmasını turizm sənayesinin gələcək inkişafı üçün həlledici addım kimi dəyərləndirib.

Nazir deyib ki, son illərdə Azərbaycana gələn turistlərin sayında böyük artım qeydə alınıb:

"Təkcə bir faktı qeyd etmək lazımdır ki, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı keçən illə müqayisədə 8 dəfə çoxdur. Bu sahədə aparılan dövlət siyasəti artıq müsbət nəticəsini verməkdədir. Sevindirici haldır ki, təkcə ərəb ölkələrindən yox, Rusiya və Qazaxıstandan da çoxsaylı turist gəlir. Hazırda əsas istiqamətimiz xidmət səviyyəsində keyfiyyət dəyişikliyinə nail olmaqdır".

Nazir əlavə edib ki, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində beynəlxalq təcrübədən istifadə edilir:

"Yeni layihə Milli Məclisdə müzakirə olunacaq. Bu qanunun qəbulu inkişafı daha da sürətləndirəcək. Artıq əminliklə deyə bilərik ki, Azərbaycanın yeni strategiyasında turizm özünəməxsus yer tutur".

1news.az

Paylaş:
373

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər