Aləmi bir-birinə qatan fotonun hekayəsi... – VİDEO
Güllü-çiçəkli, pozitiv kostyum bir neçə gündür ki, sosial şəbəkələri məşğul edib.
Bu kostyum çox paylaşıldı, hər paylaşımda da yüzlərlə rəy yazıldı. Gah dedilər müğənnidir, gah dadedilər aktyordur və daha nələr nələr...
1news.az ATV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə məşhurluq qazanan bu vətəndaş gülçüdür və məhz iş başında olduğu üçün bu geyimdən istifadə edib.
Tənqid olunan kostyum məxsusi olaraq Hollandiyadan gətirilib. Onlayın satış üzərindən isə bu qəbildən olan bəzəkli geyimləri 99 dollara əldə etmək mümkündür.
“Mental Suits” deyə bir firma var ki, onlar məhz bu dizaynda kostyumlar hazırlayırlar. Modelyerlər bildirir ki, bu gündəlik geyim olmasa da, şirkətlərin diqqət çəkmək üçün kreativ üsullardan istifadə etməsi yaxşı haldır.
1news.az