UEFA prezidenti “Qəbələ” – “Mayns” oyununu izləyəcək | 1news.az | Xəbərlər
İdman

UEFA prezidenti “Qəbələ” – “Mayns” oyununu izləyəcək

12:21 - 28 / 09 / 2016
UEFA prezidenti “Qəbələ” – “Mayns” oyununu izləyəcək

UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının “Qəbələ” – “Mayns” (Almaniya) oyununu izləyəcək.

1news.az AFFA-ya istinadən xəbər verir ki, sloveniyalı funksioner sentyabrın 29-da keçiriləcək C qrupunun oyununa 8-ci km qəsəbə stadionunda tamaşa edəcək.

AVRO-2020-nin 4 görüşünə ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasiminin qonağı olacaq Çeferin tədbirdən 1 gün əvvəlki matçı izləməyi lazın bilib. O, sentyabrın 30-da keçiriləcək təqdimat mərasimində iştirak üçün paytaxtımıza səfər edəcək.

1news.az

Paylaş:
819

Son xəbərlər

Laçına dolu düşüb

04 / 07 / 2026, 16:10

İmişlidə zəlzələ olub

04 / 07 / 2026, 13:53
Bütün xəbərlər