Ədliyyə infrastrukturu müasirləşdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə infrastrukturu müasirləşdirilir

19:58 - 29 / 09 / 2016
Ədliyyə infrastrukturu müasirləşdirilir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır, insan hüquqlarının etibarlı təmin olunması, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Nazirlikdən 1news.az-a verilən məlumata əsasən, həyata keçirilən islahatlar çərçivəsində son illər Ədliyyə Nazirliyinin yerli qurumları, o cümlədən regional ədliyyə şöbələri, icra və qeydiyyat orqanları üçün müasir informasiya texnologiyaları ilə təchiz olunmuş yeni inzibati binalar inşa olunaraq istifadəyə verilib. Bu ayın əvvəlində dövlət başçısının Xaçmaz rayonuna səfəri çərçivəsində Nikah Evinin binasının açılışını etməsi xüsusilə əlamətdar olmaqla ədliyyə işçiləri tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanıb.

Sentyabrın 29-da Mingəçevir şəhərində Qeydiyyat şöbəsi üçün yeni inşa olunmuş inzibati binanın açılışı olub.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, habelə məsul ədliyyə işçiləri, hakimlər, şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbir iştirakçıları qeydiyyat şöbəsinin foyesində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü önünə gül səbəti qoyublar.

Bina ilə tanışlıq zamanı məlumat verilib ki, ümumi sahəsi təxminən 500 kvadrat metr olan iki mərtəbədən ibarət binada qeydiyyat işinin aparılması, əhali və əməkdaşlar üçün hər cür şərait yaradılıb. Burada yaradılan yüksək şərait, həmçinin təntənəli nikah mərasimlərinin keçirilməsinə imkan verəcək. Eyni zamanda, nikaha daxil olmaq istəyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və tibbi arayışın verilməsi digər tibb müəssisələrinə müraciət edilmədən bilavasitə burada həyata keçiriləcək.

Mərasimdə çıxış edən ədliyyə naziri ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb, bu günlərdə Konstitusiyaya dəyişikliklərlə bağlı azad, ədalətli və şəffaf şəraitdə, böyük vətəndaş həmrəyliyi ilə keçirilmiş ümumxalq səsverməsinin xalqımızın gələcək inkişaf kursu ətrafında birliyinin, ölkəmizin demokratik tərəqqisinin təzahürü olduğunu qeyd edib.

Nazir respublikamızın, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, ölkə Prezidentinin bu yaxınlarda Mingəçevir şəhərinə səfəri zamanı abadlıq-quruculuq işləri ilə tanışlığını və Sənaye Parkının təməlqoyma mərasimində iştirakını xüsusilə vurğulayıb. Eyni zamanda, genişmiqyaslı ədliyyə islahatlarına toxunaraq Mingəçevirdə qeydiyyat şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsinin şəhər sakinlərinə yeni bir töhfə olduğunu söyləyib.

Bildirilib ki, son illər ərzində 50-ə yaxın qeydiyyat şöbələrinin binaları əsaslı təmir olunub və ya yeniləri inşa olunaraq istifadəyə verilib, o cümlədən ötən ilin sonunda dövlət başçısının Şəkiyə səfəri çərçivəsində şəhər qeydiyyat şöbəsinin yeni inzibatı binasının açılışı olub.

Nazir bölgələrdə ədliyyə qurumları üçün yeni binaların istifadəyə verilməsinin onların fəaliyyətinin təkmilləşdirilməsinə, vətəndaşlar üçün əlverişli şərait yaratmaqla ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına xidmət etdiyini bildirib.

Mingəçevir şəhər icra başçısı və digər çıxış edənlər respublikamızın hərtərəfli dinamik tərəqqisinə, o cümlədən ədliyyə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, yeni inşa olunmuş binanın istifadəyə verilməsi əhaliyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edəcəkdir.

Səfər zamanı ədliyyə naziri hakimlər və yerli ədliyyə qurumlarının əməkdaşları ilə görüşərək, etik davranış qaydalarına ciddi riayət olunması, vətəndaşlara layiqli xidmət göstərilməsi, insanların məmnunluğuna nail olunması, işin keyfiyyətinin artırılması ilə bağlı və digər tapşırıq və tövsiyələrini verib.

1news.az

Paylaş:
409

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər