“Qarabağ”-ın məğlubiyyəti: fiasko və ya qanunauyğunluq? – FOTO – VİDEO
Dünən Ağdamın “Qarabağ” klubu Avropa liqasının 2-ci turunun qrup mərhələsi çərçivəsində səfərdə “Fiorentina”-ya böyük hesabla (1:5) məğlub olub.
“Qarabağ”-ın məğlubiyyətini fiasko və ya faciə adlandırmaq olarmı? Sözsüz ki, bu günlərdə “Fiorentina” İtaliya futbolunun qrandı deyil, lakin komanda son illər stabil olaraq avrokuboklar zonasında yerləşir və Çempionlar liqası uğrunda mübarizə aparır. Top-5 çempionatların aparıcı klubları ilə oynamaq bizim komandalar üçün hələ ki çətindir.
“Maynts”-nan oyun ərəfəsində “Qəbələ”-nin baş məşqçisi Roman Qriqorçuk bu cür rəqib üzərində qələbə çalmaq üçün gərək hər bir futbolçu ən yaxşı oyununu sərgiləsin. Həmin şey “Qarabağ”-a da aiddir. Oyunun 2/3 azlıqda keçirirsənsə, müsbət nəticə gözləmək çətindir. Lakin, qırmızı vərəqə alanadək “ağdamlılar” pis oyun sərgiləmirdilər və bir neçə dəfə də qol vura bilərdilər. Digər məsələ isə, azlıqda qalan komanda niyə büdrəməyə başladı? Burada, böyük ehtimalla, klass arasında fərq öz sözünü dedi.
Bununla belə, qeyd etmək lazımdır ki, “Fiorentina” italyan klublarına xas olan tərzdə, Avropa liqası oyununda meydana tam əsas heyəti buraxmadı. A Seriyasının son turunda “Milan”-la oyunla müqayisədə, “bənövşələrin” heyətində 5 yeni futbolçu var idi. “Qarabağ”-la oyunda müdafiənin lideri Qonsalo Rodriqes, əsas dayaq yarımmüdafiəçisi Milan Badel, hücumların konstruktoru Borxo Valero, hücumameylli yarımmüdafiəçi Yosip İliçiç, həmçinin Hrvoe Miliç oynamırdılar. Anlaşılandır ki, ehtiyat skamyasında sabiq “Barselona”-lı Kristian Telyo və “Qarabağ”-a 2 qol vruan Babakarın olması komandanın istənilən görüşdə qalib gələ biləcəyi təəsuratı yaradır. Lakin, buna baxmayaraq, bu həm də bizim klublarına Çempionlar liqasında ən güclü komandalarla oynamağa nə qədər hazır olduqlarının göstəricisidir.
Digər tərəfdən, klubumuz üçün dəhşətli nə isə baş vermədi. Komandanın aktivində 1 xal var və qrupdan çıxmaq üçün mübarizə hələ qabaqdadır. Gələcək görüşlər, həmçinin PAOK-la, bu məcrada səciyyəvi ola bilərlər.
1news.az sizə Sportbox.az-ın AFFA-nın məşqçilər komitəsinin rəhbəri Vaqif Sadıqov və “Neftçi”-nin sabiq məqşçisi Arif Əsədovla müsahibələrini təqdim edir.
Vaqif Sadıxov qırmızı vərəqənin sözsüz ki, oyuna təsir etdiyini bildirib.
“Amma biz hamımız bilirdik ki “Fiorentina” prestijli çempionatda çıxış edən güclü rəqibdir və “Qarabağ”-a çətin olacaq. Buna baxmayaraq, “ağdamlıların” hər il performanslarını artıraraq maksimal hədəflərə nail olduğuna öyrəşmişik. Heç kim, “Qarabağ”-ın azlıqda qalmağına baxmayaraq, oyun əzmi göstərməyəcəyini gözləmirdi. Ən yaxşı komandalar, ekstremal vəziyyətə düşdükdə, oradan çıxış tapırlar. Ola bilsin ki, ən çox məyusluğa məhz bu səbəb oldu. Qırmızı vərəqədən sonra qısa zamanda 3 qol buraxdıq. Və faktiki olaraq, qarşıdurmanın aqibəti bəlli idi. İkinci taymda komanda oyunu bitirirdi. Bu bir az narahat edir”, - deyə o, bildirib.
Bununla birgə, V.Sadıxov “Qarabağ”-ın qrupdan çıxmaq üçün bütün şansları olduğuna əmindir.
“Hər bir məğlubiyyətdən düzgün nəticə çıxarmaq lazımdır. Düşünürəm ki, “Qarabağ” hər şeyi lazımi qaydada edəcək və gələcək oyunlarda bizi sevindirəcək. Qrupda vəziyyət elədir ki, klubumuz pley-off mərhələsinə çıxmaq üçün mübarizə apara bilər. Bunun üçün PAOK-a qalib gələrək yolumuza davam etməliyik. Ümumiyyətlə isə, “Qəbələ” və “Qarabağ”-ın oyunları bir çox problemimizin və görüləsi çox işimizin olduğunu göstərdi. Biz bunu qəbul etməliyik. Bü gün biz özümüzü Avropanın ən güclü çempionatlarının komandaları ilə müqayisə edirik, lakin hal-hazırda bu müqayisə bizim xeyrimizə deyil. Yaxın matçlarda komanda özünü azarkeşlərin qarşısında reabilitasiya etməlidir”, - deyə V.Sadıxov vurğulayıb.
Arif Əsədovun sözlərinə görə isə qırmızı vərəqə olmadığı təqdirdə “Qarabağ”-ın “Fiorentina”-ya qalib gələcəkdi.
“İlk taymda göstərilən qırmızı vərəqə oyunun həlledici epizodu oldu. Bu anadək, “Qarabağ”, həm oyun, həm də momentlər baxımından, demək olar ki, rəqibini üstələyirdi. Lakin Elvin Yunuszadənin meydançadan qovulmasından sonra oyun 180 dərəcə dəyişdi. Belə komandalar ilə görüşdə, azlıqda oynamaq çətindir. Bu da öz sözünü dedi.
Bu klublarımızın belə komandalar ilə bərabər səviyyədə oyun sərgilədiyininin göstəricisidir. Ola bilsin ki, oyunun sonunda rəqib “ağdamlılara” qarşı üstünlük sərgiləyəcək idi. Lakin meydandan qovulma əsas rolu oynadı. 15 dəqiqə ərzində 3 qol buraxıldı. Bu isə komandanı çökdürdü. Səfərdə buraxılan qoldan sonra azlıqda oynamaq çətindir”, - deyə məşqçi əlavə edib.
A.Əsədov da “Qarabağ”-ın qrupda ikinci yer üçün mübarizə apara biləcəyinə əmindir.
“Şans hələ itirilməyib”, - deyə o, vurğulayıb.
1news.az