Bank sektorundakı böhran vergidə də özünü göstərdi – azalma var
“Bank sektorundan vergi daxilolmaları azalıb”.
1news.az xəbər verir ki, bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev bu gün keçirilən brifinqdə məlumat verib.
O deyib ki, bank sektorundan vergi daxilolmalarında bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 110 mln. manat azalma var.
Nazir müavinin sözlərinə görə, qanunvericiliyə uyğun olaraq maliyyə təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi istiqamətində tədbirlər görülür.
Fərid Ədalət
669