ABŞ Rusiya ilə danışıqları dayandırır
ABŞ rəsmi Moskvanı atəşkəs danışıqlarına göstərdiyi səylərini “doğrultmamaqda” ittiham edərək Rusiya ilə Suriya münaqişəsi haqda danışıqları dayandırdığını deyir.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, Vaşinqton, Rusiya və Suriya hökumətini dinc sakinlərə qarşı hücumları intensivləşdirməkdə günahlandırıb.
Ötən həftə ABŞ xəbərdarlıq etmişdi ki, Moskva Hələb şəhərini bombalamağı dayandırana qədər danışıqları dayandıra bilər.
Rusiya deyib ki, ABŞ-ın ötən ay baş verən atəşkəs pozulmasında Moskvanı günahlandıraraq belə bir addım atmasına təəssüflənir.
Suriyanın şimalında yerləşən və ən böyük şəhəri olan Hələb iki həftə əvvəl, atəşkəsin bitməsindən sonra ağır hava hücumlarına məruz qalıb.
Üsyançıların nəzarətində olan ərazidə yerləşən əsas hospital həftə ərzində 3 dəfə hava hücumuna məruz qalıb, bazar ertəsi fəallar deyib.
1news.az