Neftin qiyməti artır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti artır

10:40 - 05 / 10 / 2016
Neftin qiyməti artır

Dünya bazarında neftin qiyməti artmağa başlayıb.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,99 faiz artaraq 49,17 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,86 faiz artaraq 51,31 dollar olub.

Azərbaycan neftinin də bahalaşması davam edir. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,93 dollar və ya 1,85% bahalaşaraq 51,27 dollar təşkil edib.

1news.az

 

Paylaş:
802

Son xəbərlər

Bütün xəbərlər