“Bank Standard” müflis elan edilib
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə "Bank Standard" kommersiya bankı müflis elan edilib.
1news.az-ın Əmanətlərin Sığortalanması Fondundan (ADIF) verilən xəbərə görə, fond oktyabrın 4-dən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Bank Standard" kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.
"Bank Standard" KB Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Fonda ödənilməsi müvafiq orqanlarla razılaşdırılıb.
Mövzu ilə əlaqədar oxuyun:
“Bank Standard”ın lisenziyası ləğv olunub
1news.az