50 illik yubiley. Toyota Corolla-2016: əfsanə yeniləndi - FOTO
Bu il əfsanəvi yapon sedanı Toyota Corolla 50 illik yubileyini qeyd edir. Corolla əlamətdar tarixi modelin növbəti yenilənməsi ilə qarşılayıb. Bu, heç də təəccüblü deyil, çünki Corolla dünyanın ən çox alınan avtomobil adını daşımaqdadır. Bu da o deməkdir ki, Corolla-nı istehsal edənlər modeli daim yeniləyir və onu hər dəfə daha da mükəmməl etməyə çalışırlar.
Modelin on birinci nəsli hazırda dəbdə olan “Under Priority” adlı dizayner prinsipinə əsasən hazırlanıb, yəni burada vurğu avtomobilin aşağı hissəsinə edilir ki, bu da onun daha dəbli və daha cəsarətli görünüşünə səbəb olur.
Eksteryer
Yenilənmədən sonra ön hissə əhəmiyyətli dərəcədə dəyişdi. Nəhəng bamperin üzərində dar torlu radiator və darlaşdırılmış qabaq fənərlər yerləşdirilib. Qabaq fənərlər tam olaraq işıqdiodlu olub. Arxa hissənin görünüşü də dəyişildi – burada da bamper və fənərlərin forması yenilənib. Model həmçinin yüngül lehimli disklərin üzərindəki yeni təsvirləri, eləcə də gövdənin yeni rəngləri ilə fərqlənir.
İnteryer
Salonda da bir çox dəyişikliklər var: bəzək materialları yüksək keyfiyyəti ilə fərqlənir. Oturacaqlar köhnəlməyə davamlı dəri və parça ilə örtülüb.
İndi maksimal komplektasiyaya yeni ön cihazlar paneli (iri 4 düymlü marşrutlaşdırma ekranı ilə), çoxfunksiyalı sükan, 7 düymlü sensor ekranlı müasir multimedia sistemi, monoxrom ekranlı iqlim-kontrol sistemi daxildir. Yeni salonun gözəçarpan xüsusiyyətlərindən biri də güclü səs izolyasiyasıdır.
Yeni Toyota Corolla – xırdalıqlarına kimi düşünülmüş, ən tələbkar maşınsevərləri belə razı salacaq bir modeldir. Dünyanın ən populyar avtomobilinin sahibi olmağın əsl vaxtıdır!