Neymar 300-cü qolunu vurdu, xəstəxanalıq oldu - FOTO - VİDEO
DÇ-2018-in seçmə mərhələsində Boliviya ilə keçirilən oyun Braziliya millisinin hücumçusu Neymar üçün əlamətdar olub.
1news.az xəbər verir ki, ulduz futbolçu qarşılaşmada yubiley qolunu vurub.
“Sambaçılar”ın 5:0 hesablı qələbə qazandığı görüşdə hesabı açan Neymar karyerasındakı qolların sayını 300-ə çatdırıb. 24 yaşlı futbolçu Braziliyanın əsas millisində 49, aşağı yaş qrupları üzrə yığmalarında 18, “Barselona”da 95, “Santos”da isə aktivinə 138 top yazdırıb.
Neymar oyunun 69-cu dəqiqəsində əvəzlənib. Buna səbəb top uğrunda mübarizə zamanı futbolçunun dirsək zərbəsi ilə üzləşməsi olub. Rəqib futolçunun zərbəsinə tuş gələn Neymar qanlar içində yerdə qalıb. Həkim müdaxiləsindən sonra o, xəstəxanaya aparılıb.
Qeyd edək ki, Braziliya millisi IX turdan sonra 18 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.
1news.az