«Neftçi»də 3 yeni əcnəbi futbolçu
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Neftçi” heyətini gücləndirmək üçün addımlar atır.
1news.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün 3 əcnəbi futbolçu komandanın düşərgəsinə baxışa gəlib.
31 yaşlı serbiyalı qapıçı Boban Baykoviç “Srvena Zvezda”, “Yedinstvo”, “Radniçki”, “Rad”, “Smederevo”, “Srem Mitrovitsa” klublarının, eləcə də Çernoqoriya “Lovçen”inin və Belçika “Lyers”inin qapısını qoruyub.
Latviyalı yarımmüdafiəçi Aleksandrs Fertovs ölkəsinin “Olimp” və “Skonto”, Ukraynanın “Sevastopol” və Polşanın “Korona” klublarında çıxış edib. 29 yaşlı futbolçu Latviya yığmasının heyətində 35 oyunda meydana çıxıb.
Braziliyalı futbolçu Jonas Enrike Pessalli isə “Qremio”nun yetirməsidi. 26 yaşlı yarımmüdafiəçi Brazliyanın “Qremio Barueri”, Fransanın “Anje” və “Luson” klublarının da şərəfini qoruyub.
1news.az