KİV-lər: Azərbaycana Türkiyə kəşfiyyatının FETÖ-yə dair hesabatı daxil olub – TƏFƏÜRRATLAR
Azərbaycana Türkiyənin Milli kəşfiyyat təşkilatının (MİT) FETÖ-nun strateji energetik llayihələrin, o cümlədən Transanadolu qaz kəmərinin (TANAP), öz nəzarətinə götürmək planlarına dair hesabat daxil olub.
1news.az-ın Sabah-a istinadən verdiyi məlumatına əsasən, MİT-in hesabatı Türkiyənin Ali ədliyyə orqanı – Yarqıtay Başsavçılığının Azərbaycanın baş prokurorluğunun ünvanına göndərilən FETÖ terrorçu cərəyanının fəaliyyəti ilə bağlı dosyeyə daxil edilib.
Məlumata əsasən, dosyedə Ankara, İstanbul və İzmir prokurorluqlarının təqdim etdiyi istintaq materialları var.
“FETÖ-Azərbaycan hesabatı” sənədində Azərbaycanın bu terrorçu təşkilat üçün “ən kritik ölkə” olduğu yazılıb.
Hesabatda deyilir ki, Azərbaycanda təhsil qurumu adı altına, ən azı 28 FETÖ strukturunun fəaliyyət göstərdiyi vurğulanır.
Dosyedə həmçinin qismən də olsa Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı həbs edilənlərin ifadələri, FETÖ üzvlərinin siyahısı və istintaq çərçivəsində axtarışda olan şəxslərin adları yer alır.
1news.az