BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi açıqlanıb
Bu ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 55 min 791 ton Azərbaycan nefti nəql olunub.
1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 22 milyon 43 min 322 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il oktyabr ayının 1-nə qədər BTC-yə 314 milyon 915 min 856 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin sentyabr ayında BTC kəməri ilə 374 min 160 ton Türkmənistan nefti nəql olunub.
1news.az
713