İmişli sakinindən qəribə ixtira - VİDEO
İmişli rayon sakini Tofiq Əzimov minik avtomobilini yük maşınına çevirib.
1news.az ARB Aran-a istinadən xəbər verir ki, o, bunun üçün “Qaz-24”, “Qaz-69” və digər avtomobillərin ehtiyat hissələrindən istifadə edib.
8 aya yeni görkəmdə başa gələn avtomobilin çəkisi 2 tondur. Elə çəkisi qədər də yük götürmə qabiliyyətinə malikdir.
Avtomobildə düzəliş edən Tofiq Əzimov bildirib ki, bir müddət əvvəl də belə bir avtomobil hazırlayıb. Həmin maşından 10 il istifadə edə bilib. Lakin o, artıq istifadəyə yaramadığından yenisini düzəltmək qərarına gəlib
Tofiq Əzimov deyir ki, 2000 manat xərc çəkərək hazırladığı avtomobildən əsasən təsərrüfat işlərində faydalanır. O, gələcəkdə bu avtomobildən də yaxşısını hazırlamaq niyyətindədir.
1news.az
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/fAWek6Bj1Zw" frameborder="0" allowfullscreen></iframe>