Metroların qarşısında tıxac yaradan avtobuslar - VİDEO
30, 50 və 64 saylı xətt üzrə hərəkət edən marşrutların son dayanacaq yeri “Neftçilər” metrostansiyasının yaxınlığıdır. Nəqliyyat vasitələrinin və əhalinin sıx olduğu həmin ərazidə avtobusların bu cür toplaşması tıxaclara və narahatlıqlara səbəb olur.
Avtobus sürücüləri deyir ki, son dayanacaq kimi sözügedən ərazi təyin edildiyi üçün avtobusları da orada saxlamaq məcburiyyətindədirlər.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, hazırda qurumun əməkdaşları tərəfindən araşdırma aparılır və həmin marşrut avtobuslarının son dayanacaq nöqtəsi yaxın vaxtlarda dəyişdiriləcək. Qara Qarayev prospekti ilə hərəkət edən marşrutlarda optimallaşdırma tədbirləri də aparılacaq.
1news.az xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir: