Bakıda İmam Həsənovun “Müqəddəs İnək” filminin premyerası keçiriləcək – FOTO - VİDEO
Oktyabrın 18-də Bakıda YARAT! Müasir İncəsənət Mərkəzinin dəstəyilə gənc rejissor İmam Həsənovun “Müqəddəs İnək” (2015) filminin premyerası baş tutacaq.
Film dəyişiklərlə adət-ənənələrin balansını saxlamağa çalışan kişinin hekayəsi əəsasında çəkilib.
Tapdıq - Lahıcda yaşayan fermerdir. O, möcüzəli bir inək barədə eşidib hesab edir ki, bu ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaqda yardım göstərəcək. Arzusu inəyi almaq və adını “Madonna” qoymaqdır. Amma nə ağsaqqallar, nə kəndin sakinləri inəyin gətirilməsini istərmirlər. Onlar hesab edirlər ki, onun südündə “yadelli maddələr” var. Hətta onun arvadı “Vəfa” belə qəribə cinsin qayğısına qalmaq istəmir.
Film müasir Azərbaycan kənd həyatını, sakinlərin mentalitetini göstərir. Bir inəyin misalında yeniliklər və dəyişiklərə yanaşmasını təsvir edir.
Film Amsterdamda IDFA “First Appearance Competition”, Torontoda Hot Docs – “World Showcase”, Praqada “One World” və daha bir neçə beynəlxalq festivalda iştirak etmişdi.
Bakıdan başqa, film Sumqayıt (oktyabrın 8-zi), Mingəçevir (oktyabrın 13-çü), Gəncə, Quba, Lənrəkan, Lahıc, Quba və İvanovkada nümayış olunacaq.
77 dəqiqə olan film Azərbaycan dilində çəkilib. Filmin rejissoru və ssenaristi İmam Həsənov, operatoru Sərvər Cavadov, prodüserləri isə Andrea Popesku və Stefan Klusdur.
R.K