Cahangir Hacıyevin bacanağına 7 il həbs verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Cahangir Hacıyevin bacanağına 7 il həbs verildi

15:12 - 08 / 10 / 2016
Cahangir Hacıyevin bacanağına 7 il həbs verildi

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangirin Hacıyevin mənimsəmədə təqsirləndirilən bacanağı İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə İ.Hidayətrzadə 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Beynəlxalq Bankla bağlı cinayət işi çərçivəsində İsmayıl Hidayətzadə həbs edilib. İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 179 .3.2( külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İsmayıl Hidayətzadə  “İntertabakko” MMC-ə rəhbərlik edib. Bu MMC qeyri-rəsmi Cahangir Hacıyevə məxsus olub.

İsmayıl Hidayətzadə barəsində olan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

1news.az

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər