Böyük şərqşünas alim Aida İmanquliyevanın əziz xatirəsi ehtiramla anılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyük şərqşünas alim Aida İmanquliyevanın əziz xatirəsi ehtiramla anılıb – FOTO

14:38 - 10 / 10 / 2016
Böyük şərqşünas alim Aida İmanquliyevanın əziz xatirəsi ehtiramla anılıb – FOTO

Bu gün böyük şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) kollektivləri, eləcə də tanınmış alimlər, ictimaiyyətin nümayəndələri İkinci Fəxri xiyabanda A.İmanquliyevanın xatirəsini ehtiramla yad edib, alimin məzarı önünə əklillər qoyulub.

Anma mərasimində AQUPDK-nın sədri Hicran Hüseynova professor A.İmanquliyevanın mənalı və şərəfli ömür yolundan, zəngin elmi irsinin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Aida xanım həm böyük şərqşünas alim, təcrübəli pedaqoq, tərcüməçi, həm də nəcib, xeyirxah insan, gözəl, qayğıkeş ana idi. Onun həyat və fəaliyyəti nəsillərə ən layiqli örnəkdir.

Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva böyük alim A.İmanquliyavanın elm, təhsil sahəsində qazandığı nailiyyətlərdən, bu sahəyə verdiyi dəyərli töhfələrdən bəhs edib. Qeyd olunub ki, Aida xanım dünyada tanınan böyük alim, fəal ictimai xadim idi. Ərəb mühacirət ədəbiyyatının tədqiqi onun adı ilə bağlıdır. Ərəb mühacirət ədəbiyyatına dair Aida xanımın əsərləri dərin məzmunu, aktuallığı və əhəmiyyətinə görə daim diqqəti cəlb edir.

Professor A.İmanquliyevanın əsərlərinin, onun haqqında kitabların nəşr olunduğunu qeyd edən G.Baxşəliyeva alimin əziz xatirəsinin ürəklərdə yaşadığını, daim uca tutulduğunu vurğulayıb.

1news.az

 

Paylaş:
689

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər