PwC Azərbaycanda yeni partnyorlar – FOTO
PwC Azərbaycan Vergi və Hüquq Praktikasına Maykl Ahern-in, Məsləhət Xidmətləri Praktikasına isə Emin Şıxqayıbovun partnyor vəzifəsinə təyin edilməsini elan edir.
PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru Movlan Paşayev öz vəzifəsində şirkətə rəhbərlik etməkdə davam edəcək, şirkətin qlobal və regional strategiyasını icra edib, seçilmiş müştərilər ilə daha yaxından işləyəcək. Petko Dimitrov Audit Praktikasının rəhbəri vəzifəsini icra etməkdə davam edəcək.
Maykl Ahern Mərkəzi-Şərqi Avropa və Afrikada müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son dövrlərdə o, Qazaxıstan və Avrasiyada Vergi və Hüquq Praktikasına rəhbərlik edib. Maliyyə idarəetməsi və konsaltinq sahəsində 15 ildən artıq iş təcrübəsi olan Emin neft və qaz sənayesində bir sıra iri layihələrə rəhbərlik edib.
Bu təyinatlar ilə PwC Azərbaycanda audit, vergi, hüquq və məsləhət xidmətlərinə rəhbərlik edən partnyorların sayı dördə çatıb. Bu, Şirkətin 1995-ci ildən bəri davamlı olaraq Azərbaycana verdiyi töhfəsini və öz müştərilərinə təklif etdiyi xidmətləri genişləndirdiyini təcəssüm etdirir.
Qeyd edək ki, PwC Azərbaycan müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Bakı ofisində 6 ölkədən 130-dan çox əməkdaş yeni perspektivlərin yaradılması və müştərilərə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.
PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 208,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri PwC ilə bölüşün və əlavə məlumat üçün şirkətin saytına daxil olun: www.pwc.com.
PwC son 25 il ərzində Mərkəzi və Şərqi Avropada fəallığını artırıb. Bu gün regionda 29 ölkə üzrə 55 ofisində çalışan 8,800 mütəxəssis yerli bazarlarda müştərilərin daha çox uğur qazanması və qlobal rəqabət qabiliyyətini artırmasına köməklik göstərir.