İlham Əliyev: “Enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil”
Azərbaycan və Türkiyənin birgə enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır.
1news.az-ın verdiyi məlumatına əsasən, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində deyib.
“Hörmətli xanımlar və cənablar, əziz dostlar! Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir. Bu rol getdikcə artır və Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır. Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır. Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı. Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərməklə dövlət çevrilişi cəhdinin qarşısını aldı, dövlətçiliyi qorudu, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik. Biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır”, - deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev konqres iştirakçılarına xatırladıb ki, dünyanın neft tarixi XIX-cu əsrin ortalarında Bakıda başlayıb.
“Məhz burada ilk dəfə neftin sənaye üsulu ilə istehsalına start verilib. Bir əsr sonra isə, yenə də Bakıda, neftin dənizdə axtarışı və istehsalı gerçəkləşdirilib.
Müstəqilliyimizin ilk illərində ölkəmiz beynəlxalq neft şirkətlərini Xəzər dənizi hövzəsinə dəvət edərək onlarla əsrin müqaviləsini imzaladı. Həmin dönəmdə, həmçinin, Azəri-Çıraq-Günəşli neft yataqları təqdim olunmuşdu və istifadəyə verilmişdi. Və bu günədək həmin yataqlar dünyanın ən iri enerji mənbələri sırasında yer alır. Bununla, Azərbaycanın dinamik inkişafının əsası qoyulmuşdu.
Bu ay Azərbaycan müstəqilliyinin bərpasının 25-illiyini qeyd edəcək. Azərbaycanın müstəqilliyində enerji layihələri böyük rol oynayıb. Azərbaycan dünya bazarlarına birbaşa çıxışı olmayan ölkələrdən biridirvə buna görə də bizə boru kəmərlər lazımdır. Ölkəmiz bu gün neftini dünya bazarına 3 marşrutla çıxara bilər. Bunlardan ikisi Qara dənizə, biri - Bakı-Tbilsi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. İlk dəfədir ki, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik.
Bizim neftimiz Türkiyəyə axaraq oradan dünya bazarlarına çıxır və öz növbəsində Azərbaycana dividendlər gətirir. Eləcədə 2006-cı ildə mənim qardaşım Cənab Rəcəp Tayip Erdoğanla birgə açılışını etdiyimiz Bakı-Tbilisi-Ceyhan kəməri”, - deyə ölkə başçısı davam edib.
Onun sözlərinə görə, son onillikdə Azərbaycan və Türkiyə enerhji və digər sahələrdə daha intensiv əməkdaşlıq həyta keçirib.
“2007-ci ildən sonra isə, Azərbaycan taixində ilk dəfə olaraq öz təbii qaz ehtiyyatlarını ixrac etməyə başlayıb. Bunun üçün Bakı-Erzurum kəməri tikilərək istifadəyə verilib. Ölkədə təsdiq edilmiş ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Bu, böyük qaz ehtiyatlarının nəqli üçün kəmərə ehtiyac var idi. Bir sıra ölkələr və şirkətlər səylərini ortaya qoymaq istədilər, lakin bu bir nəticəyə gətirmədi. Azərbaycan və Türkiyə bu sahədə də liderlik nümayiş etdirərək 2012-ci ildə bu gözəl şəhərdə TANAP layihəsi ilə bağlı saziş imzaladıq. Bu tarixi layihə digər önəmli layihələrə təkan verdi. Dünyanın ən iri layihələrindən biri olan, TANAP-ın daxil olduğu, Cənub Qaz dəhlizi layihəsinin dəyəri 45 milyard dollardır. Azərbaycan və Türkiyə Cənub Qaz dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətlərini göstərir. Enerji ölkələrin təhlükəsizliyində əsas amillərdən biridir. Hər bir hökümət, millət üçün enerji ehtiyyatlarının dünya bazarlarına çıxarması önəm daşıyır. Enerji mənbələrindən məhrum olan ölkələris öz növbəsində alternativlər axtarışındadırlar. Azərbaycan bu istiqamətdə də bir sıra ciddi addımlar atıb. Biz çoxşaxəli diversifikasiya siyasəti həyata keçiririk, enerji ehtiyyatlarımızı dünya bazarlarına çıxarırıq. Cənub Qaz dəhlizinin həyata keçirilməsində tərəfdaş qismində 7 ölkə çıxış edir, bir sıra ölkələr isə bu layihəyə qoşulmaq arzusundadır. Bu layihənin həyata keçirilməsi Azərbaycanı gücləndirir və qeyd etdiyim kimi, müstəqillik illərimizdə iqtisadiyyatımızın önəmli hissəsi neft və qaza bağlı idi. Bu gün isə, buradan əldə etdyimiz gəlirlərimizi digər sahələrə yatıraraq ölkəmizin inkişafını və iqtisadiyyatını daha davamlı edirik. Və bunun sayəsində Azərbaycan iqtisadiyyatında hazırda neft və qazın payı 30 faizdir.
Enerji siyasətimiz imkan verdi ki, ölkəmiz xarici ölkələrə sərmayə qoysun. Müstəqilliyimizin ilk illərində sərmayə baxımından xaricdən asılı idik. Biz indi özümüz xarici ölkələrə, o cümlədən qardaş Türkiyəyə əhəmiyyətli sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmini 20 mlrd. dollar səviyyəsinə çatdırmaq niyyətindəyik. Bu bizim ölkələrimizi, birliyimizi gücləndirir. Bu gün enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki bizdə enerji resursları və şaxələndirilmiş ixrac şəbəkəsi var. Biz işimizi qarşılıqlı fayda əsasında qururuq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Türkiyə və Azərbaycanın münasibətləri səviyyəsini işıqlandıran fakt kimi dövlətimizin başçısı xatırladıb ki, Türkiyə “20-lər” Sammitinə bir ölkə dəvət edə bilərdi, və Azərbaycanı dəvət etdi.
“Və mən buna görə Türkiyəyə təşəkkürümü bildirirəm. Bu mənim bu il Türkiyəyə 4-cü səfərimdir. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr uğurla davam etdirilir. Azərbaycanla Türkiyənin dostluğu daimi, əbədi, sarsılmazdır", - deyə dövlət başçısı çıxışında deyib.
1news.az