Millimizin futbolçuları baş məşqçisiz qaldı | 1news.az | Xəbərlər
İdman

Millimizin futbolçuları baş məşqçisiz qaldı

11:38 - 11 / 10 / 2016
Millimizin futbolçuları baş məşqçisiz qaldı

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” klubu baş məşqçisi Ervin Sançeslə yollarını ayırıb.

1news.az-ın klubun rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.

Belə ki, komandanın Premyer Liqada uğursuz çıxışı klub rəhbərliyini bu addımı atmağa vadar edib.

Boliviyalı mütəxəssis ötən ildən portuqal klubunu çalışdırırdı.

Qeyd edək ki, “Boavişta” 7 turdan sonra 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

1news.az

Paylaş:
756

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər