Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin təyin olunmasi ilə bağlı iclas keçirilib.
1news.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslərin iştirak etdiyi iclasın yekunu olaraq “Azərbaycan Dəmir Yollari Qapalı Səhmdar Cəmiyyəti”nin sədri Cavid Qurbanov federasiyaya yeni rəhbər seçilib.
Qeyd edək ki, federasiyanın bundan əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov olub.
1news.az
838