Yoahim Löv Azərbaycandan danışdı: “Onlarla matç heç də asan olmayacaq”
Almaniya millisinin baş məşqçisi Yoahim Löv yerli mətbuata maraqlı açıqlama verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çalışdırıcı Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn il mart ayında keçiriləcək oyunu qrupun “top matçı” adlandırıb:
“Azərbaycan təəccüblü komandadır. Qrupda artıq 7 xal toplayıblar. Azərbaycanın davamlı xallar qazanması maraqlıdır. Onlarla matç heç də asan olmayacaq. Martda bu komandaya qarşı çətin oyun keçirəcəyik”.
Qeyd edək ki, 3 oyundan sonra 9 xal toplayan Almaniya 1-ci, 7 xala malik Azərbaycan isə 2-cidir.
1news.az
697