"Turan Tovuz" və "Qaradağ Lökbatan" 1/8 finalda | 1news.az | Xəbərlər
Futbol

"Turan Tovuz" və "Qaradağ Lökbatan" 1/8 finalda

18:03 - 12 / 10 / 2016
"Turan Tovuz" və "Qaradağ Lökbatan" 1/8 finalda

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilib.

1news.az-ın məlumatına görə, 1/16 final mərhələsində 2 oyun keçirilib.
 
“Turan Tovuz” “Bakılı” ilə üz-üzə gəlib. Görüş tovuzluların 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Günün digər oyununda isə “Şəmkir” doğma meydanda “Qaradağ Lökbatan”la qarşılaşıb. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 1/8 finalda “Turan Tovuz” “Zirə”, “Qaradağ Lökbatan” isə “İnter”lə qarşılaşacaq. 

Azərbaycan kuboku

1/16 final

12 oktyabr (çərşənbə)

“Turan Tovuz”  - “Bakılı” - 4:0

Qollar: Rəhman Musayev, 27, 61, 68, Tuqay Alhüseynli, 71 

 

“Şəmkir” – “Qaradağ Lökbatan” - 1:2

Qollar: Şahin Baleljae, 44 - Rüfət Məmmədov, 42, Bəxtiyar Soltanov, 90

1news.az

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər