Millimiz Çexiyadan da xal aldı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimiz Çexiyadan da xal aldı - VİDEO

09:24 - 12 / 10 / 2016
Millimiz Çexiyadan da xal aldı - VİDEO

DÇ-2018-in seçmə mərhələsində III tura yekun vurulub.

1news.az-ın məlumatına görə, millimiz də növbəti oyununa çıxıb.

Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olub. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərfəli nəticə ilə dönüb.

Milli komandamız seçmə mərhələdə keçirdiyi üçüncü görüşdə də qapısını toxunulmaz saxlayıb. 

Qeyd edək ki, millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də səfərdə Şimali İrlandiyaya qarşı keçirəcək.

 

1news.az

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər