San-Marino yığması səfər qolunu bayram etdi: Stefanelli you f...ing legend! – FOTO - VIDEO | 1news.az | Xəbərlər
Futbol

San-Marino yığması səfər qolunu bayram etdi: Stefanelli you f...ing legend! – FOTO - VIDEO

10:34 - 12 / 10 / 2016
San-Marino yığması səfər qolunu bayram etdi: Stefanelli you f...ing legend! – FOTO - VIDEO

Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Azərbaycan millisi ilə eyni qrupda yer alan futbol üzrə San-Marino yığması tarixində növbəti ilkə imza atıb.

1news.az-ın verdiyi məlumatına əsasən, kiçik dövlətin yığması 2002-ci ildən bu yana təsnifat mərhələlərində səfərdə qol vurmamışdı.

Qeyd edək ki, dünən Norveçlə oyunda yığmanın hücumçusu Mattia Stefanelli 54-cü dəqiqədə qol vuraraq hesabı 1:1 edib.

Oyunun norveçlilərin 4:1 hesablı qələbəsi ilə bitməsinə baxmayaraq, bu san-marinonuların əhvalını pozmayıb.

Yığmanın rəsmi Twitter hesabı bu nailiyyəti nalayiq sözlər istifadə etməklə qeyd edib.

1 saat ərzində yığmanın Twitter-də etdiyi bu paylaşım 17,5 min retvit və 13 min bəyənmə yığıb.

Qeyd edək ki, San-Marino yığması 2001-ci ildən bu yana (Latviya ilə oyunda 1:1) DÇ-nın təsnifat mərhələlərində səfərdə qol vurmayıb.

1news.az

Paylaş:
2966

Son xəbərlər

Bütün xəbərlər