«Araz» UEFA kubokunda ikinci oyununu keçirib | 1news.az | Xəbərlər
Futbol

«Araz» UEFA kubokunda ikinci oyununu keçirib

09:44 - 13 / 10 / 2016
«Araz» UEFA kubokunda ikinci oyununu keçirib

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində təmsilçimiz “Araz” ikinci oyununu keçirib.

1news.az-ın məlumatına görə, Kosovanın “Feniks” komandası ilə qarşılaşan təmsilçimiz 1:0 hesabı ilə qələbə qazanıb. Görüşdə yeganə qolu oyunun 11-ci dəqiqəsində Xətai Bağırov vurub.

“Araz” qrupda son oyununu oktyabrın 14-də, Bakı vaxtı ilə saat 17:30-da Makedoniyanın “Zelezarec” komandasına qarşı keçirəcək. 

Qeyd edək ki, “Araz” ilk oyunda Tiflis Dövlət Universiteti komandasını 7:1 hesabı ilə məğlub edib.

1news.az

Paylaş:
865

Son xəbərlər

Bütün xəbərlər