“Kəpəz”dən səfər qələbəsi, “Neftçi” yenə məğlub oldu | 1news.az | Xəbərlər
İdman

“Kəpəz”dən səfər qələbəsi, “Neftçi” yenə məğlub oldu

20:58 - 16 / 10 / 2016
“Kəpəz”dən səfər qələbəsi, “Neftçi” yenə məğlub oldu

Bu gün Topaz Premyer Liqasında VIII tura yekun vurulub.

1news.az xəbər verir ki, günün ilk oyununda AZAL “Kəpəz”i qəbul edib.

Oyunun taleyini bir qol həll edib. Matçın sonuna 7 dəqiqə qalmış Julian Ebah komandasına qələbə qazandıran qola imza atıb.

Turun son oyununda isə Zirədə “Neftçi” eyniadlı komandanın qonağı olub. Görüş “Zirə”nin 2-0 hesablı qələbəsi ilə başa çatıb.

“Zirə” – “Neftçi” - 2:0

Qollar: Krneta, 43 (pen.), Adil Nağıyev, 50

Qırmızı vərəqə: Rahil Məmmədov, 46

AZAL  – “Kəpəz” - 0:1

Qol: Ebah, 83

1news.az

Paylaş:
977

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər