UEFA-dan Əliyar Ağayevə növbəti təyinat | 1news.az | Xəbərlər
Futbol

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

13:07 - 17 / 10 / 2016
UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

1news.az-ın məlumatına görə, UEFA Avropa Liqasının H qrupunda oktyabrın 20-də Konya Büyükşehir Belediyesi Stadionunda keçiriləcək “Konyaspor” (Türkiyə) – “Braqa” (Portuqaliya) oyununu Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

1news.az

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər