Cavid Hüseynov yenidən “Qəbələ”də - müqavilə imzalandı | 1news.az | Xəbərlər
Futbol

Cavid Hüseynov yenidən “Qəbələ”də - müqavilə imzalandı

17:00 - 17 / 10 / 2016
Cavid Hüseynov yenidən “Qəbələ”də - müqavilə imzalandı

Yenicə həbsdən azadlığa buraxılan Cavid Hüseynov futbolçu karyerasını bərpa edib.

1news.az xəbər verir ki, yarımmüdafiəçi sabiq komandası “Qəbələ” ilə anlaşıb.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Xəbərdə Hüseynovun klubla cari mövsümün sonuna qədər müqavilə imzaladığı bildirilib. O, sabahdan etibarən məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.

Hüseynovun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına da müraciət olunub.

Qeyd edək ki, Cavid Hüseynov “Qəbələ”də 40 oyun keçirib, 15 qol vurub.

1news.az

Paylaş:
2318

Son xəbərlər

Bütün xəbərlər