Güləşçilərimiz Qitələrarası Kubok turnirindən 1 gümüş medalla qayıdıblar | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz Qitələrarası Kubok turnirindən 1 gümüş medalla qayıdıblar

12:10 - 17 / 10 / 2016
Güləşçilərimiz Qitələrarası Kubok turnirindən 1 gümüş medalla qayıdıblar

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib. 

1news.az-ın məlumatına görə, güləşçilərimiz turniri 1 gümüş medalla başa vurub. 

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib. 

65 kq-da mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edib.

1news.az

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər