AFFA "İnter" və "Neftçi"ni cərimələdi | 1news.az | Xəbərlər
Futbol

AFFA "İnter" və "Neftçi"ni cərimələdi

15:45 - 18 / 10 / 2016
AFFA "İnter" və "Neftçi"ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumatına görə, İK Topaz Premyer Liqanın 8-ci turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz  Premyer Liqasının VIII turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 

Topaz  Premyer Liqasının VIII turunun “Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Rahil Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər