Beyaz TV-yə basqın edən “Fenerbahçe” klubunun tərəfdarları saxlanılıb
Rasim Ozan Kütahyalının “Fenerbahçe”-nin yeni rəhbəri Toşak olacaq” sözlərindən sonra Beyaz TV kanalının binasının önünə toplaşan klubun azarkeşləri polis tərəfindən saxlanılıb.
1news.az-ın HaberTürk-ə istinadən verdiyi məlumatına əsasən, bu sözləri Kütahyalı “Fenerbahçe”-“Aytemiz Alanyaspor” görüşündən sonra baş tutan idman proqramlarından birində deyib.
Tərəfdarlar da Kütahyalıya protest etmək üçün kanalın binasının qarşısına toplaşmışdılar.
Narazılığını bildirmək üçün toplaşan kütlə məşəl yandırıblar, fişəng partladıblar və Kütahyalının əleyhinə sloqanlar səsləndiriblər.
Polis tərəfdarlara binaya yaxınlaşmağa icazə vermədiyi üçün bir müddət sonra onlar oranı tərk ediblər.
Lakin “Until the Grave” adlı tərəfdar qrupu Twitter hesabında üzvlərinin bir neçəsinin polis tərəfindən saxlanıldığını yazıb.
1news.az