Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların sayı min dəfə azalıb – nazir
Azərbaycanın İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin yoxlanılma sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edir.
1news.az-ın verdiyi məlumatına əsasən, Bakıda keçirilən “Qeyri-neft ixracı: bugünkü çağırışlar və yeni imkanlar” adlı konfransda iqtisadiyyat naziri Şahin Mustafayev qyed edib ki, 2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə sahibkarların yoxlanılması 50 dəfə olub, ötən ilin 9 ayı ərzində isə bu yoxlamaların sayı 50 min olub.
Göründüyü kimi, bu sahədə yoxlamaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə min dəfə azalıb.
Ş.Müstafayev həmçinin qeyd edib ki, 2015-ci ilin oktyabr ayından ölkədə sahibkarlıq fəaliyyəti üçün verilən lisenziyaların sayı 59-dan 37-ə düşüb.
Nazir vurğulayıb ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, biznes-mühitin yaxşılaşdırılması, qeyri-neft ixracının həcmlərinin artırılması prioritet məsələlərdir.
“Azərbaycan höküməti bu məsələlərin həlli istiqamətində vacib addımlar atıb. Tədbirlər davam edir”, - deyə Ş.Müstafayev qeyd edib.
Xatırladaq ki, düz bir il əvvəl – 2015-ci ilin oktyabrın 19-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə qanun layihəsi yönəldib.
Bu qanun layihəsinə əsasən, 2015-ci ilin noyabrın 15-dən başlayaraq Azərbaycanda 2 il müddətinə sahibkarlıq sahəsində yoxlamalar dayandırılmışdı.
Oktyabrın 20-si parlament səsvermə yolu ilə dövlət başçısının təşəbbüsünü təsdiq etmişdi.
Qeyd edək ki, Prezidentin fərmanı həmçinin lisenziya sayının minimuma endirilməsini, onların verilmə qaydalarının sadələşdirilməsini və şəffaflığının təminatını, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bütün lisenziyaların İqtisadiyyat nazirliyindən ASAN Xidmətə verilməsini nəzərdə tuturdu.
Sənəddə sahibkarlıq fəaliyyətinin inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilirdi. Lakin, xüsusi icazə (lisenziya) tələb edən, sahibkarlıq fəaliyyəti növlərinin çox olması, mövcud olmuş lisenziyanın verilmə proseduru sahibkarlığın inkişafına əlavə çətinliklər törədir və rüşvət halları üçün zəmin yaradırdı.
Sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes-mühitin təmin edilməsi, lisenziyaların verilmə prosedurunun sadələşdirilməsi və Azərbaycan ərazisində onların şəffaflığının təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinə xüsusi icazə (lisenziya) tələb edən bütün sahibkarlıq fəaliyyəti növlərinə (dövlət təhlükəsizliyindən irəli gələn məsələlər istisna olmaqla) lisenziyaların verilməsi tapşırılmışdı.
Qeyd edək ki, bu lisenziyaların verilməsi ASAN Xidmət mərkəzlərində artıq həyata keçirilir.
1news.az