Azərbaycan neftinin qiyməti 106 dolları ötdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 106 dolları ötdü

Qafar Ağayev10:04 - Bu gün
Azərbaycan neftinin qiyməti 106 dolları ötdü

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb.

1news.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,03 ABŞ dolları (0,03 %) artaraq 106,84 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin yanvar fyuçerslərinin bir barelinin qiyməti 95,98 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 1,7 ABŞ dolları (1,7 %) artaraq 101,6 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərdə tutulub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 % təşkil edir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər