6 Noyabr – Azərbaycan Televiziyası və Radiosı Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

6 Noyabr – Azərbaycan Televiziyası və Radiosı Günüdür

Qafar Ağayev09:38 - Bu gün
6 Noyabr – Azərbaycan Televiziyası və Radiosı Günüdür

Bu gün Azərbaycanda televiziya və radio sahəsində çalışanların peşə bayramı – Azərbaycan Televiziyası və Radiosu Günü qeyd olunur.

1news.az xatırladır ki, Azərbaycan radiosunun əsası 1926-cı il noyabrın 6-da qoyulub. Bununla da ölkənin media tarixində yeni mərhələnin başlanğıcı qoyulub.

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından sonra noyabrın 6-sı təkcə radionun deyil, bütövlükdə teleradionun yaranma günü kimi qeyd edilməyə başlanıb.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk yayım zamanı tamaşaçılar ekranda görkəmli aktrisa Nəcibə Məlikovanı görüblər. O, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziya vasitəsilə “Bəxtiyar” bədii filmi də nümayiş etdirilib.

Ötən illər ərzində Azərbaycan teleradiosu milli-mənəvi dəyərlərin qorunması və təbliği, ictimai rəyin formalaşdırılması, eləcə də əhalinin operativ və dolğun məlumatlandırılması istiqamətində mühüm rol oynayıb.

Bu gün ölkədə televiziya və radio sahəsi inkişafını davam etdirir. Rəqəmsal yayım imkanlarının genişlənməsi və müasir media texnologiyalarının tətbiqi sahənin qarşısında yeni imkanlar açır.

Qeyd edək ki, Prezident İlham Əliyev 2026-cı il noyabrın 5-də radio və televiziya sahəsində çalışan bir qrup şəxsi təltif edib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər