Bakıda avtobuslardan istifadə rekord həddə çatıb

Bakıda avtobuslardan istifadə rekord həddə çatıb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin oktyabr ayında paytaxtda müntəzəm marşrut avtobusları ilə 53 milyon 921 min 482 sərnişin daşınıb.
Cari ilin ilk 9 ayı ərzində isə avtobuslarla daşınan sərnişinlərin sayı 386 milyon 227 min 196 nəfər təşkil edib.
Qeyd olunub ki, bu göstərici 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 15 %-dən çox, ilin ilk 9 ayı ilə müqayisədə isə 7 % artım deməkdir.
69












