FİFA-nın reytinq cədvəli açıqlandı: Millimizdən böyük sıçrayış | 1news.az | Xəbərlər
Futbol

FİFA-nın reytinq cədvəli açıqlandı: Millimizdən böyük sıçrayış

14:28 - 20 / 10 / 2016
FİFA-nın reytinq cədvəli açıqlandı: Millimizdən böyük sıçrayış

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, ötən ayla müqayisədə 45 pillə irəliləyən millimiz 404 xalla 88-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komandamız tarixində hələ heç vaxt bu qədər böyük irəliləyişə nail olmamışdı.

Komandamızın bu uğuruna DÇ-2018-in seçmə mərhələsində Norveç və Çexiya ilə matçlardakı uğurlu nəticələr səbəb olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya 2-ci (+1), Şimali İrlandiya 36-cı (-6), Çexiya 40-cı (-7), Norveç 81-ci (-11), San Marino 201-ci (0) pillədə qərarlaşıb.

Növbəti reytinq cədvəli noyabrın 24-də açıqlanacaq.

1news.az

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər