Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

14:56 - 20 / 10 / 2016
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 21-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 10-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 21-də bəzi yerlərdə yağış yağacağı, şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

1news.az

 

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər