“Qarabağ” PAOK-a, “Qəbələ” “Sent Etyen”ə qarşı
Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.
1news.az-ın məlumatına görə, təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” növbəti oyununa çıxacaq.
Əvvəlcə “Qarabağ” öz meydanında PAOK-la qarşılaşacaq. İlk iki oyundan 1 xal qazanan Qurban Qurbanovun yetirmələri bu görüşdə qələbə qazanmağa çalışacaqlar.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək.
Daha sonra isə, digər təmsilçimiz “Qəbələ” Fransada “Sent Etyen”in qonağı olacaq. İlk iki turda xal qazana bilməyən Roman Qriqorçukun komandası çətin səfərdən xalla qayıtmağa çalışacaq. Oyun Bakı vaxtı ilə 23:05-də başlayacaq.
1news.az
1015