“Araz”ın rəqibləri müəyyənləşdi
Bu gün Futzal üzrə UEFA kubokunun elit-raundunun püşkatma mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Araz”ın da rəqibləri bəlli olub.
B qrupunda yer alan Azərbaycan çempionu Rusiyanın “Yuqra”, Almaniyanın “Hamburq” və Xorvatiyanın “Nasional" klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, elit raundun oyunları noyabrın 22-si və 27-də keçiriləcək.
A qrupu
“Kayrat” (Qazaxıstan)*
“Nikars” (Latviya)
“Real Rieti” (İtaliya)
“Feniks” (Kosovo)
B qrupu
“Yuqra” (Rusiya)
“Araz” (Azərbaycan)
“Hamburq” (Almaniya)
“Nasional” (Xorvatiya)*
C qrupu
“İnter” (İspaniya)
“Ekonomaç” (Serbiya)
“Xrudim” (Çexiya)
“Maribor” (Sloveniya)*
D qrupu
“Dinamo” (Rusiya)
“Sportinq” (Portuqaliya)*
“Dyer ETO” (Macarıstan)
“Tarqu Mureş” (Rumıniya)
1news.az