Xudatda partlayış baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudatda partlayış baş verib

19:09 - 21 / 10 / 2016
Xudatda partlayış baş verib

Xudat şəhərində partlayış qeydə alınıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün “Azərşərab” MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb.

Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən “Xudat” MMC-yə məxsus limonad sexinin 3 divarı uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Partlayışın səbəbləri araşdırılır.

1news.az

Paylaş:
999

Son xəbərlər

Bütün xəbərlər