"Qarabağ"dan ilk qələbə, "Qəbələ" avtoqolla uduzdu - FOTO - VIDEO | 1news.az | Xəbərlər
Futbol

"Qarabağ"dan ilk qələbə, "Qəbələ" avtoqolla uduzdu - FOTO - VIDEO

09:41 - 21 / 10 / 2016
"Qarabağ"dan ilk qələbə, "Qəbələ" avtoqolla uduzdu - FOTO - VIDEO

Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçirilib. 

1news.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında PAOK-u qəbul edib. Ağdam klubu 2:0 hesabı ilə qalib gələrək qrupda ilk qələbəsini qazanıb.

Qrupun digər oyununda “Fiorentina” “Slovan”ı 3:1 hesabı ilə məğlub edib.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

J qrupu

“Qarabağ” - PAOK (Yunanıstan) - 2:0

Qollar: Dani, 56, Rahid Əmirquliyev, 87

Digər təmsilçimiz “Qəbələ” isə səfərdə “Sent Etyen”in qonağı olub. İlk 2 turda xal qazana bilməyən Roman Qriqorçukun komandası bu dəfə də xala həsrət qalıb.

Belə ki, matçın 70-cı dəqiqəsində cərimə zərbəsindən ötürmə zamanı yaranan qarşıqlıqda Rikardinyo topu başı ilə öz qapısına vurub.

C qrupu

“Sent-Etyen” (Fransa) - “Qəbələ” - 1:0

Qol: Rikardinyo, 70 (öz qapısına)

1news.az

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər