Ötən il Azərbaycanda Rusiyanın axtarışa verdiyi 371 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il Azərbaycanda Rusiyanın axtarışa verdiyi 371 nəfər tutulub

16:45 - 22 / 10 / 2016
Ötən il Azərbaycanda Rusiyanın axtarışa verdiyi 371 nəfər tutulub

Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

1news.az nazirliyə istinadən xəbər verir ki, tədbir iştirakçıları sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, ekstremizm və terrorçuluğun qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə sahələrində Azərbaycan və Rusiya daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın perspektivlərinə, həmçinin, cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən İxtisaslaşdırılmış İşçi Qrupunun ötən ildəki fəaliyyətinin yekunlarına, onun 2017-2018-ci illər üçün Planının müzakirəsi və təsdiqinə, sərhədyanı ərazilərdə "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktiki tədbirlərin təşkili və həyata keçirilməsinə, axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə dair məsələləri müzakirə ediblər.

Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, respublika daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov indiki görüşün də Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha dərinləşdirilməsi kursunun, əvvəllər əldə olunmuş razılaşmaların dönmədən həyata keçirilməsinin əyani təsdiqi olduğunu vurğulayıb, ölkəmizdəki əlverişli kriminogen durum, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində birgə əməkdaşlığın nəticələri barədə qonaqlara ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Qeyd olunub ki, müasir təhdid və təhlükələrin qarşısının birgə alınması üçün tərəflər qarşılıqlı şəkildə razılaşdırılmış optimal qərarlar hazırlayaraq qəbul ediblər. Əməkdaşlıq üçün əsas baza, heç şübhəsiz ki, ictimai təhlükəsizliyin təmin olunmasında, eyni zamanda, beynəlxalq terrorçuluq və trasmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə dəqiq işbirliyi olub. Hər iki dövlətin Daxili İşlər nazirliklərinin sahələrarası xidmətlərinin sıx əlaqəli fəaliyyəti nəticəsində son illər böyük əks-səda doğurmuş minlərlə cinayəti açmaq, çoxsaylı dayanıqlı transmilli kriminal birlikləri zərəsizləşdirmək, bir sıra təhlükəli cinayətkarları yaxalayaraq ekstradisiya etmək mümkün olub. Təkcə 2015-ci ildə və cari ilin 9 ayında birgə səylərlə Rusiya Federasiyasının ərazisində axtarışda olan 87 nəfər tutulub. Rusiya tərəfindən dövlətlərarası axtarışa elan edilən 371 şəxsin yeri ölkəmizdə müəyyən olunub. Onların da ekstradisiyasına lazımi köməklik göstərilib.

Tərəflər sərhədyanı ərazilərdə cinayətkarlığın vəziyyətini müzakirə edib, insan hüquqlarına və milli qanunvericiliyin normalarına ciddi riayət olunmaqla əməliyyat şəraitinə daha əməli təsir göstərirlməsinin yolları, forma və metodları barədə geniş fikir mübadiləsi aparıblar. Kriminogen durumun inkişaf tendensiyaları, onun mənfi təzahürləri, axtarışın və itkin düşənlərin göstəriciləri təhlil edilərək mövcud beynəlxalq hüquqi baza və qəbul olunmuş sənədlər əsasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun fəaliyyətinə dair maraqlı fikir mübadiləsi aparılıb, bu qurumun işinin səmərəliyinin artırılmasına dair bir sıra konkret təkliflər irəli sürülüb. Ümumən, görülən işlər müsbət qiymətləndirilib, sərhədyanı zonaların ərazi və xətt polis orqanları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş əlavə səylərin göstərilməsi tövsiyə olunub.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi, polis general-mayoru Sergey Baçurin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini, son illər belə səmərəli və faydalı işbirliyi sayəsində cinayətkarlıqla mübarizənin bir sıra sahələrində müsbət nəticələr əldə edildiyini vurğulayıb, peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedov, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyəti baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər.

Səmimi və işgüzar şəraitdə keçən iclasın nəticələrinə dair yekun sənədlər, o cümlədən müvafiq protokol imzalanıb.

Rusiya Federasiyası DİN-in nümayəndə heyətinin üzvləri onlara göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarlarına minnətdarlıqlarını bildiriblər.

1news.az

Paylaş:
568

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər