Bakıda avtobus avtomobilləri belə əzdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobus avtomobilləri belə əzdi - FOTO

16:11 - 23 / 10 / 2016
Bakıda avtobus avtomobilləri belə əzdi - FOTO

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün 16 radələrində Zərifə Əliyeva adına parkın qarşısında qeydə alınıb.

18 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus “Mersedes” və “KİA” markalı minik maşınlarına çırpılıb. Avtobus hadisə yerindən kran vasitəsilə qaldırılıb və maşınlar çıxarılıb.

Qəzada xəsarət olan olmasa da, maşınlar zədələnib.

1news.az

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər