İsrail radiosunda Azərbaycanın Müstəqillik Günü münasibətilə veriliş səslənib | 1news.az | Xəbərlər
Siyasət

İsrail radiosunda Azərbaycanın Müstəqillik Günü münasibətilə veriliş səslənib

22:30 - 24 / 10 / 2016
İsrail radiosunda Azərbaycanın Müstəqillik Günü münasibətilə veriliş səslənib

Dağlıq Qarabağ tarixən əzəli Azərbaycan torpağıdır. İyirmi dörd il əvvəl Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib.

Dağlıq Qarabağ və Azərbaycanın ətraf yeddi rayonu ermənilərin işğalı altındadır. Ermənistan bütün bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib. Erməni həbs düşərgələrində dəhşətli, qeyri-insani şəraitdə saxlanılan 5 min azərbaycanlı girovdan başqa, bu gün həmin ərazilərdə bircə azərbaycanlı belə qalmayıb.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından didərgin salınıb. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bu günlərdə İsrailin “Birinci radio”sunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş birsaatlıq populyar “Persona-Grata” proqramında bəyan edib.

“Birinci radio”nun daimi şərhçisi Arye Qut vurğulayıb: “İyirmi dörd il keçib, amma Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş qanlı qırğının və soyqırımı aktının ağrısı hələ də ürəkləri göynədir. Bu qətliamın və faciənin amansız və qorxunc səhnələri Azərbaycanın qəlbinə çalın-çarpaz dağ çəkib. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraf yerlərini tərk edə bilməmiş heç bir xocalılıya aman verməyib. Xocalının mülki əhalisinin məqsədli kütləvi qırğınının səbəbi bu idi ki, onların hamısı azərbaycanlı olub. Erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklər nəticəsində 613 adam öldürülüb, 487 nəfər şikəst edilib, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar və qadınlar əsir alınaraq, görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar.

Tanınmış israilli jurnalist Mark Kriçevskinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə sualını cavablandıran Arye Qut qeyd edib ki, 2016-cı ilin aprel hadisələri Ermənistanın Azərbaycanla sülh prosesini bir daha məhv etmək istəyini nümayiş etdirib. Ermənistan böyük hərbi qüvvə və müxtəlif texnika növləri cəlb etməklə, Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən qoşunların təmas xəttində hərbi provokasiyalar törədib. A.Qut deyib: “Ermənistan silahlı qüvvələri aprelin 2-nə keçən gecədən başlayaraq, Azərbaycanın kənd və qəsəbələrini toplardan və pulemyotlardan atəşə tutub, hərbi mövqelərinə ardıcıl zərbələr endirib. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, mövcud status-kvo ilə heç vaxt razışlaşmayacaq. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyi və öz mövqelərini qorumaq məqsədi ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib. Bu qısamüddətli müharibə nəticəsində Azərbaycan öz ərazilərinin bir hissəsini azad edib, Ermənistanı geri çəkilməyə məcbur edib. Beynəlxalq təşkilatların işğal olunmuş əraziləri tərk etmək barədə aydın və sərt çağırışlarına baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşi davam etdirir və hər hansı atəşkəs cəhdini pozurlar. Son hadisələr, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin provokasiyaları və onlara endirilən sarsıdıcı cavab zərbəsi bir daha sübut etdi ki, rəsmi Yerevan anlamalıdır: əgər əvvəllər Azərbaycanın səbir kasası dolmuşdusa, indi artıq daşıb”.

İsrailli analitik qeyd edib ki, aprel döyüşləri hazırda Azərbaycan Ordusunun Cənubi Qafqazda istənilən tapşırığı yerinə yetirməyə qadir olan ən güclü ordu olduğunu göstərib. Arye Qut vurğulayıb: “Beynəlxalq norma və prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır. Hər halda bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan bir ölkədir. O, öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyir. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində “güclü iqtisadiyyat- güclü dövlət” və “güclü ordu – güclü dövlət” prinsipi təmin edilir”.

Arye Qut qeyd edib ki, Cənubi Qafqazın geosiyasi və geoiqtisadi proseslərinin lideri kimi Azərbaycan cəmi 25 ildə nəhəng beynəlxalq neft, qaz və nəqliyyat layihələrini həyata keçirib, böyük uğurlara və inkişafa nail olub. İsrailli ekspert bildirib: “Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində mühüm geosiyasi və geoiqtisadi rol oynayıb. İsrail Azərbaycan neftini bu kəmər vasitəsilə satın alır. Çox perspektivli Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi də var. Başqa sözlə, bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil”.

Azərbaycanın əzəli torpaqlarının 20 faizini işğal etmiş Ermənistanla uzun illər müharibə vəziyyətində olduğunu vurğulayan A.Qut deyib: “İkili standartlardan əziyyət çəkən, çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən Azərbaycan Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə baxmayaraq, sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir.

Azərbaycandakı yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün istər millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı bu təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqət və qayğıkeşliklə yanaşır, səmimi münasibət bəsləyir ki, bunun da dünyada presedenti yoxdur. Biz, əslən Azərbaycandan olan yəhudilər fəxr edirik ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və yəhudilər heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər”.

 “Birinci radio”nun daimi şərhçisi Arye Qut Mark Kriçevskinin İsrail-Azərbaycan münasibətlərinin Ermənistan tərəfindən tənqidə məruz qalması barədə sualına cavab olaraq qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur.

İsrailli analitik qeyd edib: “Şübhəsiz ki, İsrail və Azərbaycan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə bu ölkədə antisemitizmin heç vaxt olmadığına görə deyil. Rəsmi Bakı başqa ölkələrdə də antisemitizmin bütün təzahürlərini dəfələrlə pisləyib və pisləyir. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycanın da kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var və bu siyahını davam etdirmək olar. Eyni zamanda, hər iki ölkə təhsil, humanitar və mədəni layihələri təşviq edirlər. Ermənistanın tənqidinə gəlincə, zənnimcə, Azərbaycan və İsrail dostlarını və tərəfdaşlarını özləri seçir və hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini də məhz özləri müəyyən edirlər. Buna heç kimin müdaxilə etmək hüququ yoxdur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “Birinci radio”nun daimi şərhçisi, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut müsahibəsini belə yekunlaşdırıb: “İsrail ilə Azərbaycan, eləcə də Azərbaycan müsəlmanları ilə yəhudiləri arasında münasibətlər yalnız qarşılıqlı maraqla izah edilə bilməz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərinə ümumi dəyərlər və ortaq tarix nüfuz edir. Bəşəri münasibətlərin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Bundan başqa, Azərbaycanda müsəlmanlarla yəhudilərin qardaş kimi dinc yanaşı yaşaması, bir-birinə ortaq tarix və tale ilə həmişəlik bağlı olması hazırda çox aydın və aşkar görünür”.

AZƏRTAC

Paylaş:
615

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər