Bakıdakı qəzada ölən qadının müğənni olduğu məlum olub
 
            
            
            Oktyabrın 30-u saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai” markalı 77 SJ 148 N-li avtomobillə yolun kənarında dayanmış Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Sadiq Zakir oğlu İsaqova məxsus “Toyota” markalı 01 CH 477 N-li avtomobili arxadan vurub.
 
1news.az xəbər verir ki, S.İsaqovun sərnişini paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölmüş, S.Mehdizadənin sərnişini olan həmyerlisi 1997-ci il təvəllüdlü Bahar Fuad qızı Məcidova xəstəxanaya yerləşdirilib
Araşdırma aparılır.
98












