“Qəbələ” qələbəni son anda əldən verdi, “Neftçi”nin futbolçusu azarkeşə hücum çəkdi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” qələbəni son anda əldən verdi, “Neftçi”nin futbolçusu azarkeşə hücum çəkdi – VİDEO

22:40 - 25 / 10 / 2016
“Qəbələ” qələbəni son anda əldən verdi, “Neftçi”nin futbolçusu azarkeşə hücum çəkdi – VİDEO

Bu gün Topaz Premyer Liqasının IX turu çərçivəsində iki oyun keçirilib.

1news.az-ın məlumatına görə, ilk görüşdə “Sumqayıt” və “Qəbələ” klubları üz-üzə gəlib.

Lider “Qəbələ” rəqibindən öndə olsa da, oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Sumqayıt təmsilçisi penalti zərbəsindən hesabı bərabərləşdirib və nəticədə görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Günün və turun sonuncu qarşılaşması olan “Neftçi” – “Qarabağ” matçı insidentlə başa çatıb. Belə ki, görüşün 90-cı dəqiqəsində “Qarabağ”ın vurduğu ikinci qoldan sonra azarkeşlərdən biri meydana daxil olub.

Bu zaman əsəbilərini cilovlaya bilməyən “Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tira azarkeşə hücum çəkərək ona bir neçə yumruq zərbəsi endirib.

Yalnız polis əməkdaşının və “Qarabağ”lı oyunçuların müdaxiləsindən sonra azarkeşi xilas etmək mümkün olub.

Rumıniyalı hücumçunun bu hərəkəti baş hakim Ramil Diniyev tərəfindən “qırmızı” ilə cazalandırılıb.

Topaz Premyer Liqası

IX tur

25 oktyabr (çərşənbə axşamı)
 

“Sumqayıt” – “Qəbələ” - 2:2

Qollar: Yusif Nəbiyev, 46, Amil Yunanov, 90+4-pen. - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

Qırmızı vərəqə: Sadiq Quliyev, 90+3

“Neftçi” – “Qarabağ” - 0:2

Qollar: Rahid Əmirquliyev, 29, Jayro, 90 (öz qapısına)

Qırmızı vərəqə: Katalin Tira, 90

“Neftçi”nin legioner futbolçusu Katalin Tiranın azarkeşə hücum çəkdiyi epizod:

1news.az

 

Paylaş:
821

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər